2018-ci ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 840 nəfər artıb. "BI" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk 8 ayda paytaxtda işləyənlərin sayı 704 771 nəfərə çatıb. Bu müddətdə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi də 0,7% artaraq 787,3 manata çatıb. Paytaxtda ən yüksək orta əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb. Burada muzdlu işçilərin orta aylıq gəliri 1 462,1 manat olub. Muzdlu işçilərin sayının ən az olduğu məkan da Pirallahıdır - 8 111 nəfər. Siyahıda orta aylıq əməkhaqqının məbləğinə görə ikinci yerdə Səbail rayonu durur - 1 430 manat. Qaradağda isə bu məbləğ 1 042,7 manat olub. Muzdlu işçilərin sayı ən çox olan rayon isə Nəsimidir. Yanvar-avqust aylarında burada 159 min 339 nəfər işçi qeydə alınıb. 2018-ci ilin yanvar-avqust ayları üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqının səviyyəsi digər rayonlar üzrə belə dəyişib: 2018-ci ilin yanvar-avqust aylarında muzdlu işçilərin sayı (nəfər) 2018-ci ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı (manat) Bakı şəhəri - cəmi *) 704 771 787,3 o cümlədən rayonlar: Binəqədi 45 236 449,3 Qaradağ 25 171 1 042,7 Xəzər 30 458 731,5 Səbail 112 106 1 430,5 Sabunçu 27 411 499,0 Suraxanı 19 236 571,4 Nərimanov 66 445 518,1 Nəsimi 159 339 655,3 Nizami 43 692 650,2 Xətai 63 212 773,7 Yasamal 104 354 690,6 Pirallahı 8 111 1 462,1
Bütün hüquqlar qorunur © 2023