Çapa göndər
Ən yüksək əmək haqqı Pirallahıdadır? - İNANILMAZ NƏTİCƏLƏR

05 noyabr 2018 - 09:36

2018-ci ilin yanvar-avqust aylarında  Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 840  nəfər artıb.  

"BI" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk 8 ayda paytaxtda işləyənlərin sayı 704 771  fərə çatıb. Bu müddətdə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi də 0,7% artaraq 787,3  manata çatıb. 

 

Paytaxtda ən yüksək orta əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb. Burada muzdlu işçilərin orta aylıq gəliri 1 462,1 manat olub. Muzdlu işçilərin sayının ən az olduğu məkan da Pirallahıdır - 8 111 nəfər. 

 

Siyahıda orta aylıq əməkhaqqının məbləğinə görə ikinci yerdə Səbail rayonu durur - 1 430 manat. Qaradağda isə bu məbləğ  1 042,7 manat olub. 

 

Muzdlu işçilərin sayı ən çox olan rayon isə Nəsimidir. Yanvar-avqust aylarında burada 159 min 339 nəfər işçi qeydə alınıb. 

2018-ci ilin yanvar-avqust ayları üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqının səviyyəsi digər rayonlar üzrə belə dəyişib: 

 

                                                                                 

 

 

 

2018-ci ilin

yanvar-avqust aylarında muzdlu işçilərin  sayı (nəfər)

2018-ci ilin

yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı (manat)

Bakı şəhəri - cəmi *)

704 771

787,3

  o cümlədən rayonlar:

Binəqədi

45 236

449,3

Qaradağ

25 171

1 042,7

Xəzər

30 458

731,5

Səbail

112 106

1 430,5

Sabunçu

27 411

499,0

Suraxanı

19 236

571,4

Nərimanov

66 445

518,1

Nəsimi

159 339

655,3

Nizami

43 692

650,2

Xətai

63 212

773,7

Yasamal

104 354

690,6

Pirallahı

8 111

1 462,1