Təqvim
"Ən pis səhnə şadlıq evlərindədir"
31 oktyabr 2018 - 16:47

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 4 aylıq fəaliyyəti onu deməyə əsas verir ki, hazırda ölkədə qida təhlükəsizliyi sahəsində ən pis səhnə ictimai iaşə müəssisələrindədir”.

BI xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli qeyd edib ki, bu hallar əsasən şadlıq evlərində, xüsusilə də insanların kütləvi qidalanma məkanlarında qeydə alınır.

O, həmin müəssisələrinin sahiblərinə tövsiyə edib ki, Agentliyin müvafiq ekspertlərinin köməyindən istifadə edərək öz işlərini yaxın gələcəkdə qüvvədə olan sanitariya-gigiyena norma və qaydalarına, eləcə də beynəlxalq standartlara uyğun qursunlar.

O qeyd edib ki, şadlıq evləri ilə bağlı Agentliyin tədbirlər planı var: “Şadlıq evlərində Agentlik tərəfindən xüsusi monitorinqlər həyata keçiriləcək. Artıq bəzi nazirliklər monitorinqlərə başlayıb və bu sahədə müəyyən nöqsanlar aşkar edilib. Lakin qida təhlükəsizliyi sahəsində Agentliyin aparacağı yoxlamalar zamanı əsasən, həmin ictimai iaşə müəssisələrinə xəbərdarlıq ediləcək ki, mənşəyi məlum olmayan məhsulların kütləvi istifadəsi qadağandır. Onların əhalinin qidalanmasına verəcəkləri məhsullar mütləq mənşəyi məlum olan qida məhsulları olmalı, müvafiq qida təhlükəsizliyi sertifikatı ilə təmin olunan məhsulları kütləvi qidalanmaya verməyə borcludurlar. Həmçinin istifadə etdikləri bütün məhsullar müvafiq ekspertizalara cəlb olunmalı, əməkdaşları dövrü tibbi müayinələrdən keçməlidir. Bu, çox önəmli məsələdir. Eyni zamanda, qida hazırlanan yerlər sanitar-texniki və sanitar-gigiyenik göstəricilərinə görə qüvvədə olan qaydalara uyğun olmalıdır. Əks halda bizim tərəfdən həmin müəssisələr üzərində lazımi dövlət nəzarəti həyata keçirilərkən inzibati tədbirlər də tədbiq olunacaq”. 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
BANK
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə