Təqvim
"Bu mexanizm insanların şirkətlərdə işini rahatlaşdıracaq"
31 oktyabr 2018 - 11:50

 "Məşğulluq bazarında fəaliyyət göstərən kifayət qədər ixtisassız işçi qüvvəsinə malikik. Lakin bu o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur. Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur".

BI xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, həmin şəxslərin rəsmi təsdiq sənədi yoxdur. Ona görə də qeyri-formal və informativ bacarıqlarının tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir.

S.Babayev qeyd edib ki, Azərbaycanda kifayət qədər insan hər hansı peşə müəssisəsini və ya ali təhsil müəssisəsini bitirməyib, lakin istehsal prosesində böyük bacarıqlara malikdir: "Ona görə də çərçivəni tam şəkildə müəyyən etdikdən sonra peşə standartlarını hazırlamalıyıq. Əvvəllər hazırlanmış və köhnəlmiş 270 peşə standartı müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ölkədə 8 pilləli təhsil modelinə keçildiyindən bu standartlar yenilənməlidir".

Nazir əlavə edib ki, dünyada 6 min peşə var və Azərbaycan bazarının ən azı 95 faizini əhatə edən 1000 peşə üzrə standartlar hazırlanaraq yekunlaşdırılmalıdır: "Mexanizmi müəyyənləşdirməliyik ki, nə şəkildə insanların qeyri-formal və informativ bacarıqlarının tanıyacağıq, onların sertifikatlaşmasını həyata keçirəcəyik. Bu mexanizm Azərbaycanın əmək bazarına töhfə verəcək. Bu, insanların şirkətlərdə işini rahatlaşdıracaq və böyük ixtisaslı işçi qüvvəsinə çıxış imkanı yaradacaq".

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarla və Təhsil Nazirliyi ilə birgə aktiv əməkdaşlıq aparılır: "Qısa müddətdə sənədlərin hazırlanmasını təmin edə bilərik. Ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarında tam təmsil olunmur. Çünki əmək bazarının əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır"

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
BANK
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə