Təqvim
Bakıda yumurta qıtlığı yaranıb - QİYMƏTİ QALXDI
26 oktyabr 2018 - 22:43

Bakıda yumurta qıtlığı yaranıb, marketlərdən verilən məlumatlarda deyilir.

"Bİ" bildirir ki, Bravo marketlər şəbəkəsinin təchizat şöbəsindən yumurta qıtlığının olduğunu BBC News Azərbaycancaya təsdiqləyiblər.

Marketlər şəbəkəsinin təchizat şöbəsinin əməkdaşı Məlik Hüseynli bildirib ki, “yumurta qıtlığına səbəb istehsalda yaranmış problemdir”.

“Mən sizə ətraflı məlumat verə bilməyəcəm. Ancaq təchizatçılar bizə istehsalda problem olduğunu deyiblər”, cənab Hüseynli deyib.

Neptun marketlər şəbəkəsinin satınalma meneceri Azər Gülməmmədli də deyib ki, onların yumurta ilə təchizatında problem yoxdur, lakin “digər marketlərin yumurta təchizatında problemin yaranması” bu marketlərin müştərilərini Neptuna “yönəldib”.

“Bizdə yumurta təminatı ilə bağlı problem yoxdur, lakin tələbat artıb. Bu da digər marketlərin müştərilərinin bizə üz tutmasıyla bağlıdır”, satınalma meneceri deyib.

“Yumurta qıt deyil, tələbat artıb”, Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev BBC News Azərbaycancaya bildirib.

“Qıtlıq bir az Bakı şəhərində idi, o da keçib getdi. Yumurta qıt deyil, məktəblər, universitetlər tətildən qayıdıb, ona görə də şagirdlər, tələbələr Bakıya axın etdilər. Təhsil ocaqlarının hamısında iaşə xidməti var və onlar yumurtadan çox istifadə edir”, o deyib.

Aydın Vəliyev “istehsalda problem var” iddiaları ilə razılaşmayıb.

“Hər il yumurta qıtlığı yaranır. Sadəcə bu il bir az tez oldu, havaların dəyişməsilə əlaqədar toyuqlar yumurtadan kəsiliblər. Kiçik sahibkarların yumurta təchizatını dayandırması da azalmalara səbəb olur”, cənab Vəliyev bildirib.

O, Quşçular Cəmiyyəti ilə işləyən marketlərdə yumurtanın 16-17 qəpiyə satırlar, digərləri isə baha satır. “Kənd yumurtası azalıb deyə qiyməti bahalaşıb. 25-30 qəpikdən təklif olunur”, Aydın Vəliyev deyib.

Sosial şəbəkələrdə isə istifadəçilər yumurtanın qiymətinin 18-30 qəpik arasında dəyişdiyini yazıblar.

Hazırda broyler yumurtası bəzi marketlərdə 18-20, kənd yumurtası isə 25-30 qəpiyə təklif olunur.

Azərbaycan prezidenti İlham Əliyev 2011-ci ildə yumurtanın qiymətinin artması ilə bağlı müşavirə keçirmişdi.

Həmin müşavirədə o, bahalaşmaya səbəb olan amillərin araşdırılmasını, səbəbkarların cəzalandırılmasını tapşırmışdı.

Əhalinin yumurta qiymətlərinin artmasıyla bağlı narazılıqlarına da münasibət bildirən Aydın Vəliyev yumurta qiymətlərində “heç bir artımın olmadığını” deyib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BANK
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə