Təqvim
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək
04 may 2024 - 12:07

Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək

 

Elm və təhsil naziri Emin Əmrullayev mayın 17-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.
Nazirlikdən bildirilib ki, qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri mayın 10-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə