CAN VƏTƏN xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib. "Çünki onlar çoxsaylı cinayətlər törətmişlər. Hazırda prokurorluqda son ittihamlar üzərində işləyirik. Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir. Çünki biz 1987-ci ildən törədilən bütün cinayətləri təhlil edirik, öyrənirik. Onlar hamısı bizdə sənədləşdirilib", - Baş prokuror bildirib. “Onların bütün cinayətləri tədqiq edilir. Kifayət qədər faktlar üzə çıxır. Yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək. Onlar konkret əməllərə görə məsuliyyətə cəlb edilib, konkret əməllərə görə ittihamlar verilib. Bunu bütün Azərbaycan xalqı, beynəlxalq təşkilatlar, qərb və digər ölkələr məhkəmə baxışı zamanı görəcəklər”. Qeyd edək ki, istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı qondarma rejimin başçıları Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, "sabiq xarici işlər naziri" David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və "keçmiş dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib. Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.Separatçılara son ittihamlar elan ediləcək
“Azərbaycanda həbsdə olan erməni separatçılarının işinin istintaqına bir çox dövlət qurumları cəlb edilib”.
Kamran Əliyev bildirib ki, hazırda onlara veriləcək son ittihamlar üzərində işlənilir:
Bütün hüquqlar qorunur © 2024