Təqvim
Qoyunçuluq və arıçılıq təsərrüfatı Qarabağa köçürülür - FOTOLAR - FOTOLAR
15 avqust 2023 - 17:06

Qoyunçuluq və arıçılıq təsərrüfatı Qarabağa köçürülür 

Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən yaylaqlara təxminən 3 700 qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb.

Bu barədə CAH VƏTƏN-ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, təsərrüfatlar Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında yerləşdirilib.

Belə ki, 1 177 qoyunçuluq təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına qalxıb. O cümlədən Kəlbəcər yaylaqlarında 748, Laçın yaylaqlarında isə 429 qoyunçuluq təsərrüfatları minalardan təmizlənmiş ərazilərdə yerləşdirilib. Laçın və Kəlbəcər yaylaqlarına ümumilikdə 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Əvvəlki illərdə olduğu kimi ən çox xırdabuynuzlu heyvan Kəlbəcər yaylaqlarındadır - 195 936 baş. Laçın yaylaqlarına isə 114 970 baş xırdabuynuzlu heyvan aparılıb. Qəbul olunmuş qaydalara əsasən, fermerlər yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların sayının 10 %-i qədər iribuynuzlu heyvan da apara bilərlər. Bununla da 2023-cü il yaylaq mövsümündə hər iki rayonun yay otlaqlarına ümumilikdə 350 min başa yaxın heyvanın aparılması təmin edilib.

Başa çatmaqda olan yaylaq mövsümündə azad olunmuş ərazilərə 125 minə yaxın arı ailəsi aparılıb. Bu il arıçılar öz təsərrüfatlarını işğaldan azad olunmuş 7 rayonun yaylaqlarına köçürüblər. Kəlbəcər rayonundan 1603, Laçından 808, Qubadlıdan 55, Füzulidən 19, Xocavənddən 10, Cəbrayıldan 18, Zəngilandan 8 arıçı fermer bu il arıçılıq təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara aparıb. Hazırda Kəlbəcər yaylaqlarında 77 min, Laçın yaylaqlarında 43 min, digər beş rayonun yaylaqlarında isə 5 minə yaxın arı ailəsi var.

Yaylaq mövsümü başa çatdıqdan sonra Kəlbəcər, Laçın və digər rayonlardakı arıçılıq və qoyunçuluq təsərrüfatlarının Aran bölgəsinə qayıtması nəzərdə tutulur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İnşaat və əmlak
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
Akif AĞAYEV: Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib 10:30, 20 sentyabr 2023
Ərdoğan BMT-də Qarabağdan DANIŞDI: Heç bir status qəbul edilməyəcək 23:34, 19 sentyabr 2023
Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT 23:22, 19 sentyabr 2023
İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - Yaralılar var 23:19, 19 sentyabr 2023
Erməni silahlı qüvvələrinin təmas xətti YARILIB 22:25, 19 sentyabr 2023
Müdafiə Nazirliyinin növbəti BRİFİNQİ - VİDEO20:49, 19 sentyabr 2023
Spiker G77+Çin Sammitində çıxış etdi 07:28, 17 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə