Təqvim
Attestasiya Komisiyası tutulan professorla bağlı açıqlama yaydı 
12 iyul 2023 - 12:35

Attestasiya Komisiyası tutulan professorla bağlı açıqlama yaydı 

Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyası məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyev barədə açıqlama yayıb.

Komissiyadan CAN VƏTƏN-ə bildirilib ki, qurumun nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir.

Qeyd olunub ki, ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşları olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir:

"Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksəkixtisaslı mütəxəssis-ekspert cəlb edilib. Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatında adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilib.

Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcək".

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN, ELM
Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik - Rusiya XİN 22:18, 06 dekabr 2023
Azərbaycana qarşı qərəzli siyasətdən əl çəkin - İcmadan tələb 12:22, 06 dekabr 2023
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. 23:26, 05 dekabr 2023
ALLAH adamı-Gülağa Tənhanın təşəbbüsü ilə - EHTİYACI OLAN 100 ailəyə,100 azn23:11, 05 dekabr 2023
Qızılca xəstəliyinin yaratdığı FƏSADLAR 22:14, 05 dekabr 2023
“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”. 22:08, 05 dekabr 2023
Məktəblərdə mobil telefondan istifadə qadağan olundu 12:26, 05 dekabr 2023
Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır 21:59, 04 dekabr 2023
A vitamini çatmayan uşaqlarda qızılca daha ağır keçir 18:59, 04 dekabr 2023
GÜLAĞA TƏNHA: GƏLƏRSƏNMİ 12:31, 04 dekabr 2023
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə