CAN VƏTƏN xəbər verir ki, birlik sədri Vətən müharibəsi iştirakçısının şikayəti əsasında saxlanılıb. Elvin Mahmudzadə qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Elvin Mahmudzadə bir müddət əvvəl fəaliyyətini dayandıran Azərbaycan Vətənpərvərlər Partiyasının sədri olub.Keçmiş partiya sədri HƏBS EDİLDİ
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə istintaqa cəlb olunub.
Bütün hüquqlar qorunur © 2025