CAN VƏTƏN xəbər verir ki, Sosial Ədalət Partiyası (SƏP) və Cümhuriyyət Xalq Partiyası (CXP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıblar. Mətləb Mütəllimovun rəhbərlik etdiyi SƏP 1998-ci ildə, Bədrəddin Quliyevin sədrlik etdiyi CXP isə 2020-ci ildə qeydiyyata alınıb. Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 26-a çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır: 1. Qorqud Partiyası 2. Azərbaycan Kommunist Partiyası 3. Azərbaycan Tərəqqi Partiyası 4. Vahid Azərbaycan Milli Birlik Partiyası 5. Aydınlar Partiyası 6. Müstəqil Xalq Partiyası (MXP) 7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 8. Yeni Yol Partiyası 9. Azərbaycan Respublikaçılar Partiyası 10. Müstəqil Azərbaycan Partiyası 11. Azərbaycan Vahid Kommunist Partiyası 12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 14. Milli Vəhdət Partiyası (MVP) 15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 17. Azərbaycan Təkamül Partiyası 18. Birlik Partiyası 19. Azərbaycan Azad Respublikaçılar Partiyası 20. Milli Konqres Partiyası 21. Vətənpərvərlər Partiyası 22. Vətəndaş Birliyi Partiyası 23. Milli Demokrat-İdrak Partiyası 24. Milli Həmrəylik Partiyası 25. Cümhuriyyət Xalq Partiyası (CXP) 26. Sosial Ədalət Partiyası (SƏP)Azərbaycanda bir gündə iki partiya özünü BURAXDI
Azərbaycanda daha iki partiya özünü buraxıb.
Bütün hüquqlar qorunur © 2024