Masallıda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş gənclər arasında «Xəmsə» milli intellektual oyununun qalibləri müəyyənləşib. Rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil sektorunun və “Masallı Gənclər Evi” sosial xidmət müəssisənin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışması “Heydər Əliyev kuboku” uğrunda rayonun səkkiz orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri mübarizə aparıblar. Oyunun yekun nəticələrinə əsasən Sığdaş kənd tam orta məktəbi birinci, F.Xancanov adına Musakücə kənd tam orta məktəbi ikinci A.Qurbanov adına Rüdəkənar kənd tam orta məktəbi üçüncü yerə layiq görülüb. Çaxırlı kənd tam orta məktəbinin komandası fərqülənmə diplomu ilə mükafatlandırılıb. Qalib komandalar təşkilat komitəsinin diplom, kubok və hədiyyələri ilə təltif ediliblər. Akif AĞAYEV«Xəmsə» milli intellektual oyununa yekun vurulub
Bütün hüquqlar qorunur © 2024