Shootboxe MMA Federasiyası tərəfindən 40 kiloqram çəki dərəcəsində Azərbaycanda ilk dəfə - Bakı şəhərinin Xəzər rayonunda Vale Tudo, MMA professional qəfəs döyüşü üzrə V açıq rayon turniri keçirilib. “Dəmir yumruq” adlı turnirdə Masallı rayonunun “Ərkivan MMA” klubunun yetirməsi, 2008-ci il təvəllüdlü idmançı Mirhüseyn Bağırov ikinci yerin sahibi olub. Qeyd edək ki, Mirhüseyn Bağırov bu günədək 4 dəfə yarışlarda iştrak edib ki, bu döyüşlərin üçündə rəqiblərlə üz-üzə mübarizədən qalib kimi ayrılıb. Məlumat üçün bildirək ki, Shootboxe MMA Federasiyasının prezidenti Natiq Quliyev, vitse-prezidenti Rəmzi Bağırovdur. Akif AĞAYEV, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.
Bütün hüquqlar qorunur © 2025