20 sentyabr 2022 - 18:08
Shootboxe MMA Federasiyası tərəfindən 40 kiloqram çəki dərəcəsində Azərbaycanda ilk dəfə - Bakı şəhərinin Xəzər rayonunda Vale Tudo, MMA professional qəfəs döyüşü üzrə V açıq rayon turniri keçirilib.
“Dəmir yumruq” adlı turnirdə Masallı rayonunun “Ərkivan MMA” klubunun yetirməsi, 2008-ci il təvəllüdlü idmançı Mirhüseyn Bağırov ikinci yerin sahibi olub.
Qeyd edək ki, Mirhüseyn Bağırov bu günədək 4 dəfə yarışlarda iştrak edib ki, bu döyüşlərin üçündə rəqiblərlə üz-üzə mübarizədən qalib kimi ayrılıb.
Məlumat üçün bildirək ki, Shootboxe MMA Federasiyasının prezidenti Natiq Quliyev, vitse-prezidenti Rəmzi Bağırovdur.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.