Şahzadə III Çarlz sentyabrın 10-da rəsmən Böyük Britaniyanın yeni kralı elan ediləcək. Qaydalara görə, mərasim əvvəlki monarxın ölümündən sonra bir sutka ərzində keçirilməlidir. Lakin bu dəfə ənənəyə riayət edilməyib. Qeyd olunur ki, Varislik Şurası sabah tarixi Sent-Ceyms sarayına toplanacaq və yeni kralın adı elan olunacaq.
Bütün hüquqlar qorunur © 2024