Çapa göndər
Böyük Britaniyanın yeni kralının rəsmən taxta çıxacağı vaxt BİLİNDİ

09 sentyabr 2022 - 10:41

Şahzadə III Çarlz sentyabrın 10-da rəsmən Böyük Britaniyanın yeni kralı elan ediləcək.

Qaydalara görə, mərasim əvvəlki monarxın ölümündən sonra bir sutka ərzində keçirilməlidir. Lakin bu dəfə ənənəyə riayət edilməyib.

Qeyd olunur ki, Varislik Şurası sabah tarixi Sent-Ceyms sarayına toplanacaq və yeni kralın adı elan olunacaq.