Krım yarımadasındakı hərbi anbarda baş vermiş partlayışa diversiya səbəb olub. Belə bir açıqlamanı Rusiya Müdafiə Nazirliyi yayıb. Qeyd edilib ki, hərbi obyektlə yanaşı, mülki infrastruktur - elektrik xətləri, elektrik stansiyaları, dəmir yolları və yaşayış binaları da zədələnib. "İnsan itkiləri yoxdur. Təxribatın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür", - Rusiya Müdafiə Nazirliyi vurğulayıb. Xatırladaq ki, avqustun 16-da səhər saatlarında Krımdakı hərbi hissələrdən birində müvəqqəti silah-sursat anbarının ərazisində gurultulu partlayışlar baş verib. Rəsmi məlumata görə, partlayış zamanı iki mülki şəxs yaralanıb. Hadisə yerinin ətrafında beş kilometrlik təhlükəsizlik zolağı yaradılıb və mülki şəxslər təxliyə edilib.
Bütün hüquqlar qorunur © 2025