Çapa göndər
Krımda diversiya törədilib - Rusiya etiraf etdi

16 avqust 2022 - 17:01

Krım yarımadasındakı hərbi anbarda baş vermiş partlayışa diversiya səbəb olub.

Belə bir açıqlamanı Rusiya Müdafiə Nazirliyi yayıb.

Qeyd edilib ki, hərbi obyektlə yanaşı, mülki infrastruktur - elektrik xətləri, elektrik stansiyaları, dəmir yolları və yaşayış binaları da zədələnib.

"İnsan itkiləri yoxdur. Təxribatın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür", - Rusiya Müdafiə Nazirliyi vurğulayıb.

Xatırladaq ki, avqustun 16-da səhər saatlarında Krımdakı hərbi hissələrdən birində müvəqqəti silah-sursat anbarının ərazisində gurultulu partlayışlar baş verib. Rəsmi məlumata görə, partlayış zamanı iki mülki şəxs yaralanıb. Hadisə yerinin ətrafında beş kilometrlik təhlükəsizlik zolağı yaradılıb və mülki şəxslər təxliyə edilib.