Türkiyədə iş müsahibəsinə gedən gənc qız qətlə yetirilib. Hadisə Türkiyənin İzmir şəhərində baş verib. Belə ki, 18 yaşlı Aslıhan Sinem Çiçək günorta radələrində Bornovadakı restoranlardan birində ofisiantlıq üçün iş müsahibəsinə getmək üçün evdən çıxıb. Evə qayıtmayan Sinemin ailəsi polisə məlumat verib. Axtarış nəticəsində qızın meşədə huşsuz vəziyyətdə tapıldığı sonra isə xəstəxanaya yerləşdirildiyi məlum olub. Bir gün sonra isə qız dünyasını dəyişib. Mərhumun atasının sözlərinə görə, qızı öldürülən yerdə çoxlu spirtli içkili kişilər olub.
Bütün hüquqlar qorunur © 2024