Ukraynada hərbçilərin keçirdiyi xüsusi əməliyyat nəticəsində bir neçə Rusiya əsgəri əsir götürülüb. Yerli media əsirlərdən ikisinin əməliyyatdan dərhal sonra sorğu-sual edilməsini əks etdirən video yayıb. Əsir düşən rus hərbçilərin sayı hələlik açıqlanmayıb. Qeyd edək ki, Rusiya və Ukrayna arasında bir neçə dəfə əsir mübadiləsi aparılıb.
Bütün hüquqlar qorunur © 2025