Misir Ukraynadan 240 min ton buğdanın tədarükü ilə bağlı 2021-ci ilin dekabrında bağladığı müqavilələri ləğv edib. Bu barədə “Röyters” agentliyi məlumat yayıb. “Ötən ilin dekabrında Misir rəhbərliyi Kiyevdən taxılın tonunu 346-360 dollara alıb. 2022-ci ilin aprel ayında Misir hər ton üçün təxminən 494,3 dollar ödəməyə başlayıb. Lakin Ukraynadakı vəziyyətə görə rezervasiya olunmuş mallar çatdırılmayıb”, - agentliyin məlumatında bildilir.
Bütün hüquqlar qorunur © 2025