Təqvim
Külli miqdarda dərman vasitələri aşkarlandı
06 iyul 2022 - 15:46

Külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinn qarşısı alınıb.

Qaçaqmalçılıq faktı Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə dərman preparatlarının nəqliyyat vasitəsinin yük yerində gizlədilərək gətiriləcəyinə dair  daxil olan məlumat əsasında aşkar edilib. Həyata keçirilən təcili və təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq predmetlərinin “Mercedes Benz  Actros” markalı yük nəqliyyat vasitəsində  gətiriləcəyi müəyyənlləşdirilib və nəqliyyat vasitəsi nəzarətə götürülüb.

Nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postuna daxil olarkən Azərbaycan Respublikası vətəndaşı olan sürücü şifahi sorğu-sual edilib. O idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin stasionar rentgen qurğusu vasitəsilə aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər müşahidə olunduğundan yükə baxış keçirilib və əməliyyat məlumatı təsdiqini tapıb.  Belə ki,  yükün içərisində gömrük nəzarətindən gizlədilən 120 qutu “Marlboro Touch” markalı siqaretlər və qutularda dərman vasitələri aşkar edilib. Daha sonra nəqliyyat vasitəsindəki yük boşaldılıb və döşəmənin taxta örtüyünün altında dərman vasitələrinin gizlədildiyi müəyyən olunub.

Ümumilikdə, nəqliyyat vasitəsindən 2400 ədəd siqaret və  7 adda külli miqdarda- üzərində “Devit-3 50.000 I.U./15 ml” yazısı olan  2010 flakon, üzərində “Devit-3 1 ml İ.M 300.000” yazısı olan 6400 ampula və həmin ampulaların boş qutuları, üzərində “Atarax 25 mgfilm kaplı tablet” yazısı olan 1170 qutu, üzərində “Kindan 600 mg/4ml IM/IV Enjeksiyonluk çözelti içeren ampul” yazısı olan 28 qutu, üzərində “Cyclo-Progynova 2mg+2mg/0.5 mgkaplı tablet” yazısı olan 11 qutu, üzərində “Diane 2mg/35 mcg kaplı tablet” yazısı olan 34 qutu,  üzərində “Fucidin %2 krem” yazısı olan 6 qutu dərman preparatları və üzərində “Mirena” yazısı olan 46 ədəd tibbi vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə