Ağstafada narkotik satan bacı-qardaş tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göyçay rayon sakini K.Şükürovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı sərnişinləri Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Əhmədov və bacısından 1 kiloqram 850 qram heroin, 1 kiloqram 880 qram marixuana və 140 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2023