Ukrayna ordusu Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, ancaq döyüşlər davam edir. Bu sözləri Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram kanalında yazıb. “Bu gün: Ukrayna ordusu yalnız mövqelərini qorumur, həm də əks-hücuma keçir. Maloy Roqani istiqamətində artıq bir neçə məntəqə işğaldan azad edilib, döyüşlər davam edir”, - o qeyd edib. O bildirib ki, İzyum istiqamətində də müdafiə gücləndirilib.
Bütün hüquqlar qorunur © 2024