Çapa göndər
Ukrayna bu əraziləri azad etdi

26 mart 2022 - 16:34

Ukrayna ordusu Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, ancaq döyüşlər davam edir.

Bu sözləri Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram kanalında yazıb.

“Bu gün: Ukrayna ordusu yalnız mövqelərini qorumur, həm də əks-hücuma keçir. Maloy Roqani istiqamətində artıq bir neçə məntəqə işğaldan azad edilib, döyüşlər davam edir”, - o qeyd edib.

O bildirib ki, İzyum istiqamətində də müdafiə gücləndirilib.