Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində quraşdırılan “Milliön” ödəniş terminallarından birinin kassası sındırılaraq oradan oğurluq edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər kassada olan 12 min manat və 600 dolları oğurlayaraq hadisə yerindən yayınıblar. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş həmin şirkətin əməkdaşı Vüsal Tağıyev, tanışları Fərhad Əliyev və İbrahim İlyasov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. Hər üç şəxs törətdikləri hadisəni etiraf edib və oğurluq nəticəsində əldə etdikləri pul vəsaitlərini aralarında böldüklərini bildiriblər.
Bütün hüquqlar qorunur © 2025