Təqvim
Təcavüzə uğrayan 11 yaşlı qızın babası danışdı: "Problem mənim qızımda olub"
04 noyabr 2021 - 16:31

"Qızım birinci ailə qurduğu oğlana qoşulub qaçmışdı. Sözün düzü o uşaqdan da, ailəsindən də razıyam. Amma yoldaşı vəfat edəndən sonra, heç nə deyə bilmədim. Ötən ilin dekabrında gəldi bizə. Çox qalmadı yenə ərə gedirəm deyib, getdi".

 

Bu sözləri Oxu.Az-a açıqlamasında İmişlidə zorlanan 11 yaşlı qızın babası H.P. (ad şərtidir) deyib. O bildirib ki, nəvəsinin başına gələn hadisədən xəbərsiz olub:

 

"Vallah mənim məlumatım olmayıb. Ötən ilin dekabrında uşaqlarını da götürüb kəndə gəlmişdi. Təxminən 1-2 ay bizdə qaldı, sonra yenə ərə getdi. Ərə getdiyi adamı da tanımırdım. Özü gəldi mənə dedi ki, ata belə bir adam var. Yaxşı fikirləşmisən deyə soruşdum, dedi hə, ata. Yekə adamdı mən ona nə deyə bilərəm? Valideyn yazıq nə bilsin axı, kim necə adamdı. Mən dedim ki, gedin rəsmi nikah bağlayın, dedilər yox, bir az gözləyəcəyik. Bu da gözləməyinin axırı.

 

Öz elədiyini etdi, o adamla getdi İmişliyə. Birlikdə kirayədə qalırdılar. Qızım gündüz soğan yığmağa gedirdi, gecə də çörək sexində işləyirdi. Uşaqları da ərinin yanında qoyurdu. Ay xanım, əridi də, o yazıq nə bilsin belə bir şey edə bilər.

 

Mən dörd qız böyütmüşəm, uşaqlarımın hamısını da gəlin köçürmüşəm. Amma bir bu qızım özü qoşulub qaçmışdı. O biri qızlarımın heç birinin ailəsində problem yoxdur. Amma bir bu qızım mənim xəbərim olmadan, razılığım olmadan bu işləri tutub. Birinci ailəsi ilə heç bir problemimiz olmamışdı. Əgər o ailədə problem olubsa da, bilirəm ki, problem mənim qızımda olub. Heç kimdə günah yoxdur. Nəvəmin başına gələnləri də eşidəndən bağrım çatlayır. Söz tapa bilmirəm. Mən onlara yaxın durub nə edə bilərəm? Heç nə edə bilmərəm. Uşaqla bağlı da biz heç nə edə bilmərik".

 

Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

 

Xatırladaq ki, 11 yaşlı qızın Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində 31-ci həftəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq isə vəfat edib.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© oxu
Kateqoriya:
ELM
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
Əmək pensiyalarının hesablanması qaydası DƏYİŞDİ 12:56, 22 noyabr 2023
Əskik və artıq ödənilmiş pensiyalar necə əvəz ediləcək... 11:36, 22 noyabr 2023
Çingiz Abdullayev jurnalisti məhkəməyə verir 15:45, 21 noyabr 2023
Halayın Mirish Hüseynovla ATV - dəki çıxışı 15:50, 20 noyabr 2023
Masallıda yeni məktəb binası istifadəyə verilib 15:06, 15 noyabr 2023
"Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni 15:01, 12 noyabr 2023
Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi TƏSDİQLƏNDİ 11:15, 12 noyabr 2023
İran Prezidenti də Səudiyyə Ərəbistana getdi 00:57, 12 noyabr 2023
Gülağa Tənha: Nələr çəkdiyini dərd çəkən bilər...18:09, 11 noyabr 2023
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR 17:19, 11 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə