Abşeron rayonunda intihar hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Nəsirova Qumru Ramiz qızı yaşadığı mənzildən özünü atıb. Yaralı əvvəlcə Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona qabırğalar arası və ətrafların çox saylı sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2023