Təqvim
11 yaşlı qız anası ilə dövlət sığınacağına yerləşdirildi
02 noyabr 2021 - 13:32

İmişlidə hamilə qalıb uşaq dünyaya gətirən 11 yaşlı zərərçəkmiş qız Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib.

 

Bu barədə Agentliyin Mətbuat xidmətinin rəhbəri Murad Həşimov məlumat verib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb:

 

"Uşağın maraqlarını qorumaq məqsədilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və o, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanacaq. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Onu da deyək ki, azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanılıb".

 

Qeyd edək ki, Baş Prokurorluğun bu gün yaydığı məlumata əsasən, azyaşlını zorlama faktı üzrə atalığı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© Qafqazinfo
Kateqoriya:
ELM
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
Əmək pensiyalarının hesablanması qaydası DƏYİŞDİ 12:56, 22 noyabr 2023
Əskik və artıq ödənilmiş pensiyalar necə əvəz ediləcək... 11:36, 22 noyabr 2023
Çingiz Abdullayev jurnalisti məhkəməyə verir 15:45, 21 noyabr 2023
Halayın Mirish Hüseynovla ATV - dəki çıxışı 15:50, 20 noyabr 2023
Masallıda yeni məktəb binası istifadəyə verilib 15:06, 15 noyabr 2023
"Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni 15:01, 12 noyabr 2023
Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi TƏSDİQLƏNDİ 11:15, 12 noyabr 2023
İran Prezidenti də Səudiyyə Ərəbistana getdi 00:57, 12 noyabr 2023
Gülağa Tənha: Nələr çəkdiyini dərd çəkən bilər...18:09, 11 noyabr 2023
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR 17:19, 11 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə