Təqvim
Pul tələb edən daha bir "reket jurnalist" tutuldu +VİDEO
27 sentyabr 2021 - 14:52

Abşeronda obyektdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən saxta jurnalist saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonunda yerləşən ictimai iaşə obyektlərindən birinin sahibi Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılaraq Mehdiabad Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.

 

Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Nərmin Hacıyevanın qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
Əmək pensiyalarının hesablanması qaydası DƏYİŞDİ 12:56, 22 noyabr 2023
Əskik və artıq ödənilmiş pensiyalar necə əvəz ediləcək... 11:36, 22 noyabr 2023
Çingiz Abdullayev jurnalisti məhkəməyə verir 15:45, 21 noyabr 2023
Halayın Mirish Hüseynovla ATV - dəki çıxışı 15:50, 20 noyabr 2023
Masallıda yeni məktəb binası istifadəyə verilib 15:06, 15 noyabr 2023
"Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni 15:01, 12 noyabr 2023
Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi TƏSDİQLƏNDİ 11:15, 12 noyabr 2023
İran Prezidenti də Səudiyyə Ərəbistana getdi 00:57, 12 noyabr 2023
Gülağa Tənha: Nələr çəkdiyini dərd çəkən bilər...18:09, 11 noyabr 2023
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR 17:19, 11 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə