Azadinfo.az saytının rəhbəri Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Mehman Muradlı məlumat verib. Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun sözlərinə görə, Mahir Xəttabın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bütün hüquqlar qorunur © 2024