Təqvim
87 yaşlı qadını tövlədə bağlayan şəxsin məhkəməsi başlayır
03 sentyabr 2021 - 12:53

Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə saxlanılması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

 

Gədəbəy Rayon Prokurorluğundan  verilən məlumata görə, istintaqla müəyyən edilib ki, 31.05.2021-ci il tarixdə Gədəbəy rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütamadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verməklə əzab verib, boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

 

Bundan başqa o, Səkinə Həsənovaya məxsus pensiya kartına 2018-ci ilin oktyabr ayından 2021-ci ilin 31 may tarixinədək olan müddət ərzində mədaxil olunmuş ümumilikdə 7 min 56 manat pulu mənimsəyib öz ehtiyaclarına xərcləməklə israf edib.

 

Qəzənfər Hacıyev Cinayət Məcəlləsinin 133.2.4 (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
Əmək pensiyalarının hesablanması qaydası DƏYİŞDİ 12:56, 22 noyabr 2023
Əskik və artıq ödənilmiş pensiyalar necə əvəz ediləcək... 11:36, 22 noyabr 2023
Çingiz Abdullayev jurnalisti məhkəməyə verir 15:45, 21 noyabr 2023
Halayın Mirish Hüseynovla ATV - dəki çıxışı 15:50, 20 noyabr 2023
Masallıda yeni məktəb binası istifadəyə verilib 15:06, 15 noyabr 2023
"Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni 15:01, 12 noyabr 2023
Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi TƏSDİQLƏNDİ 11:15, 12 noyabr 2023
İran Prezidenti də Səudiyyə Ərəbistana getdi 00:57, 12 noyabr 2023
Gülağa Tənha: Nələr çəkdiyini dərd çəkən bilər...18:09, 11 noyabr 2023
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR 17:19, 11 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə