Təltif olunan sənətçilər sırasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri də vardır - Əməkdar artistlər Nigar İbrahimova milli xoreoqrafiya sənəti, Əməkdar artist Arzu Əliyeva və gənc muğam ustası Aytən Məhərrəmova isə muğam sənəti sahəsində uğurlarına görə bu mötəbər mükafata layiq görülmüşlər.
Nigar İbrahimova Teatrın balet truppasının aparıcı solisti olub, repertuardakı əksər tamaşalarda aparıcı partiyaları ifa etməklə yanaşı, milli balet sənətimizi ölkə hüdudlarından kənarda da uğurla təmsil edir. Azərbaycan Respublikası Prezidenti mükafatçısıdır.
Əməkdar artist Arzu Əliyeva və Respublika Muğam müsabiqəsinin laureatlarından olan Aytən Məhərrəmova Teatrın muğam bölməsinin solistləridir. Onlar Teatrın repertuarındakı milli opera tamaşalarında böyük uğurla çıxış edir, eyni zamanda bir sıra xarici ölkələrdə muğam sənətimizi təbliğ edirlər.
Bu il Teatrın üç aparıcı solistinin “Humay” mükafatına layiq görülməsi, heç şübhəsiz ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının professional və yaradıcı imicinin parlaq göstəricisidir.
Bütün hüquqlar qorunur © 2025