Təqvim
Bugünədək Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib
28 noyabr 2020 - 14:38

Bu il Azərbaycanda 1037507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564793 hektarı suvarılan, 472714 hektarı dəmyə sahələrdir. 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçiriləcək.
 

Noyabrın 27-dək proqnozlaşdırılan əkin sahələrinin 87 faizində faktiki şum aparılıb, 678616 hektar sahədə isə səpin işləri həyata keçirilib. Cari tarixədək fermerlər tərəfindən 421379 hektar sahədə buğda, 257237 hektar sahədə arpa səpilib.
 

Əvvəlki illərlə müqayisədə 2020-ci ilin payızlıq əkinlərində fermerlər sertifikatlı toxumdan istifadəyə daha çox üstünlük verirlər. Bu günədək aparılan səpin zamanı 137608 ton sertifikatlı toxumdan istifadə olunub. Bunun 97653 tonu buğda, 39955tonu arpa toxumudur.
 

Artıq 19 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 23 rayonda isə faktiki şum göstəricisi 90 faizin üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70220 ha) və Şəki (67000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45000 ha), Neftçala (43000 ha), Şamaxı (42000 ha), Füzuli (37000 ha), Ağsu (35380 ha), Biləsuvar (33000 ha), Hacıqabul (33000 ha), Qobustan (32000 ha), İsmayıllı (30000 ha), Ağcabədi (28324 ha) və  Sabirabad (25300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 faizi bu 13 rayonun payına düşür.
 

Bu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 36880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.
 

Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin gələn ayın ortalarında yekunlaşması gözlənilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İnşaat və əmlak
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə