Təqvim
Ağdamda ağacəkmə coşqusu - FOTO
22 noyabr 2020 - 12:50

İşğaldan azad olunmuş Ağdam rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla və böyük ruh yüksəkliyi ilə ağacəkmə aksiyası keçirilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdamda ağac əkilməsi çağırışına rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə digər qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri də sevinc və fəxrlə qatılıb.


Hər kəs  Qarabağ bölgəsində Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına, Ağdamın gözəlləşməsinə, doğma torpaqlarımıza Böyük Qayıdış təntənəsinə öz töhfəsini verməyə çalışıb.


Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində Ağdam rayonu ərazisində də baş tutan aksiyada,  əsasən yerli şəraitə uyğun Şərq çinarı olmaqla, 1000-dək müxtəlif cinsl ağac əkilib, palıd və digər meşəcinsli ağac toxumları səpilib.


Xatırladaq ki,  işğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarının ərazilərində də yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları keçirilib və bu cür kütləvi ağacəkmə  tədbirlərinin bütün Qarabağ bölgəsində təşkili nəzərdə tutulur.

      

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İnşaat və əmlak
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
Taekvondo üzrə ölkə kubokunun açılış mərasimi - Masallıda 21:29, 24 fevral 2024
“Xocalı naləsi” – Masallı Mədəniyyət Mərkəzinin səhnəsində 19:32, 23 fevral 2024
“Xocalı – qan yaddaşımız” – Masallıda tədbir 13:47, 23 fevral 2024
“Erkən nikahın fəsadları” – Masallıda maarifləndirici tədbir 15:41, 22 fevral 2024
Masallı məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd olunub 22:56, 21 fevral 2024
Məktəbliyə zorakılıq edən yeniyetmədən paylaşım: Vecimə də deyil... 01:24, 21 fevral 2024
Separatçılara son ittihamlar elan ediləcək 21:27, 20 fevral 2024
Mədəniyyətə xidmətdə keçən 46 il 22:07, 19 fevral 2024
Ağacəkmə aksiyası – Masallıda 17:49, 19 fevral 2024
QIR-SAQQIZ “MÜSAFİR”LƏR 18:34, 17 fevral 2024
Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb - Masallıda 19:25, 16 fevral 2024
“Biz sağlam həyatı seçirik” – Masallıda tədbir 19:12, 15 fevral 2024
Masallıda şəhid Ülvi Nüsrətbəylinin xatirəsi anılıb 20:37, 14 fevral 2024
Qalib xalqın məğrur seçicisi 17:49, 13 fevral 2024
İlham Əliyev və ailə üzvləri Xankəndidə SƏS VERDİ - VİDEO17:35, 07 fevral 2024
Yaponiyadakı zəlzələdə 50 min ev dağılıb 16:09, 06 fevral 2024
Qanunsuz tikili belə söküldü - VİDEO16:01, 06 fevral 2024
Şeyx beynəlxalq tədbirdə erməni iftiralarından danışdı 15:57, 06 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə