Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib. Onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb. F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarıyla əlaqədə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilmişdi. Modern.az
Bütün hüquqlar qorunur © 2023