Təqvim
Vergi güzəştləri verilmiş sahələr üzrə yeniliklər şərh edilib
25 avqust 2020 - 17:17

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir. Tədbirlər çərçivəsində Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib, vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib, müvafiq güzəşt və azadolmalardan istifadə etmək üçün vergi orqanlarına təqdim edilməli hesabatlarda yeniliklər edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elmir Ramazanov Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində həyata keçirilən tədbirləri şərh edib.


E.Ramazanov bildirib ki, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verilib. Bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri əldə ediblər. Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib. 8 faiz vergi dərəcəsi ilə sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai – iaşə obyektləri üçün vergi dərəcəsi 4 faizə, 2 faiz dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri üçün isə bu rəqəm 1 faizə endirilib. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədi ilə idxal edilmiş məhsullar ƏDV-dən azad edilib, eyni zamanda həmin müddətdə hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdikləri hava gəmiləri əmlak vergisindən tam azad edilib.


E.Ramazanov bəyannamələrin yeni formada təqdim edilməsi ilə bağlı da məlumat verib. Bildirilib ki, mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti, hesablanmış vergiləri, eyni zamanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, gəlir və əmlak vergisi üzrə öhdəlikləri  2020-ci il sentyabrın 1-nə kimi uzadılıb. Bundan əlavə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, əmlak və gəlir vergiləri üzrə cari ödəmələri, eyni zamanda əvvəlki ildə fəaliyyəti olmayıb cari ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri mənfəət, gəlir və əmlak vergiləri üzrə cari ödəmələrindən tam məbləğdə azad ediliblər.


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən Qanun 8 may 2020-ci il tarixdə təsdiqlənməsinə baxmayaraq 1 yanvar 2020-ci il tarixdən qüvvədə olduğu üçün 1-ci rüb üzrə vergi orqanları tərəfindən hesablanmış, eyni zamanda vergi ödəyiciləri tərəfindən könüllü təqdim edilmiş arayışlar üzrə hesablanmış cari hesablamalar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tam məbləğdə azaldılıb.


E.Ramazanov qeyd edib ki, bu güzəşt və azadolmaların bəyannamə formalarında əks etdirilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları təsdiqlənib. İlk növbədə sadələşdirilmiş verginin ödəyiciləri üçün “Sadələşdirilmiş vergi bəyannaməsi” düzəlişlər edilməklə istifadəyə verilib. 19 avqust tarixindən “Bəyannamə Tərtibatı Proqramı”nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib. Burada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə verilmiş müvafiq güzəşt və azadolmaları özündə əks etdirən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Torpaq vergisi bəyannaməsi” və “Gəlir vergisi bəyannaməsi”nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır. Rəis müavini yaxın vaxtlarda həmin bəyannamələrin də elektron formasının vergi ödəyicilərinin istifadəsinə veriləcəyini bildirib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BANK
Rusiyaya sülh yox, hücum üçün vaxt lazımdır - ZELENSKİ 23:02, 18 may 2023
Gülağa Tənha:  TƏBİƏT MƏNİ BAĞIŞLASAYDI23:15, 16 may 2023
VİDEO: İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış şəxslər saxlanılıb14:00, 16 may 2023
Masallıda 51 min əhalinin istifadə etdiyi yolun əsaslı təmiri davam edir 01:29, 15 may 2023
Gülağa Tənha: YOLUMUZ UZAQDI21:26, 14 may 2023
Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış edib - VİDEO16:23, 14 may 2023
Brüsseldə üçtərəfli görüş BAŞLADI 16:19, 14 may 2023
ƏRKİVANIM FACEBOOK-qrup01:36, 14 may 2023
Ermənistanın PUA məntəqəsinin məhv edilməsinin yeni görüntüləri - VİDEO23:37, 13 may 2023
Gülağa Tənha: TƏCNİS21:58, 13 may 2023
Hərbi attaşelərə erməni təxribatı barədə məlumat verildi - VİDEO 20:57, 13 may 2023
Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçimiz Məhəmməd Qarayev dəfn olunub. 14:52, 13 may 2023
Ermənistan zərbə PUA-larından istifadə edir - Növbəti təxribat18:37, 12 may 2023
Pakistanın sabiq baş naziri İmran Xan azadlığa çıxıb. 18:26, 12 may 2023
Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşınını (KŞM) məhv edib. 17:32, 12 may 2023
Düşmənə zərbələr davam edir 15:24, 12 may 2023
ABŞ-da azərbaycanlılara hücum edən erməniyə hökm oxunub  19:07, 11 may 2023
Hacı Şahinin qızı “Məşədi Dadaş”ı tərk etdi: Yetimlər yurdsuz qaldı18:46, 11 may 2023
Sahibkarlara VACİB XƏBƏR: Yoxlamalarla bağlı mühüm DƏYİŞİKLİK18:42, 11 may 2023
Xəzər rayonun zibilliklərə qərq olmuş gözdən uzaq guşələri - ARAŞDIRMA20:37, 09 may 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə