VTB (Azərbaycan) yeni Visa Direct Premium debet kartını müştərilərinə təklif edir. Bu kart vasitəsi xərclərin 5%-ə qədərini geri qaytarmaq mümkündür. Xüsusi aksiya çərçivəsində kart vasitəsi ilə nağdlaşdırma, köçürmə və digər əməliyyatları pulsuz etmək olar.
Visa Direct Premium ilə iaşə obyektlərində, o cümlədən restoran, bar, kafelərdən onlayn sifariş zamanı xərclənən məbləğin 5%, digər alış-verişlər zamanı isə - 0,5% kart sahiblərinə geri qayıdır.
Xüsusi aksiya çərçivəsində kart istifadəçiləri bütün əməliyyatları pulsuz həyata keçirə bilər. İstənilən xidmət və məhsulun ödənişi, digər bankların kartlarından kartın balansının artırılması, VTB (Azərbaycan) və digər bankların kartlarına Card to Card vasitəsilə vəsaitin köçürülməsi, eləcə də bankomatlarda nağdlaşdırma əməliyyatlarına görə komissiya tutulmur. Aksiya 11 noyabr 2020-ci ilə qədər qüvvədədir.
Visa Direct Premium 36 ay müddətinə manatla verilir. Kartı Facebook-da Direct rəqəmsal bank vasitəsilə pulsuz rəsmiləşdirmək olar.
VTB (Azərbaycan)-ın kart məhsulları barədə ətraflı məlumatı bankın saytından, eləcə də 986 qısa nömrəsi və ya WhatsApp (+994 55 214 09 86) vasitəsilə əldə etmək mümkündür.
Bütün hüquqlar qorunur © 2024