Təqvim
BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
06 iyul 2020 - 12:43

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsi və Tətbiqi-Riyaziyyat Elmi-tədqiqat İnstitutu əməkdaşlarının tərəfdaş olduğu və “HORİZON 2020” beynəlxalq qrant proqramına xarici həmkarlarla birgə təqdim edilmiş SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology (Spektral Optimallaşdırma: Riyaziyyatdan fizika və yüksək texnologiyaya) adlı layihə qalib elan olunub.

Almaniyanın İlmenau Texniki Universitetinin (Technische Universitaet İlmenau) koordinatorluğu ilə yerinə yetiriləcək layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Proqramda  Almaniya,  Çex Respublikası və Ukrayna qurumları iştirakçı, Azərbaycan, Belarus, Qazaxstan və Özbəkistan qurumları isə tərəfdaş qismində iştirak edir. Məqsəd iştirakçı və tərəfdaş ölkələrin ali məktəbləri və elmi tədqiqat mərkəzləri arasında əməkdaş mübadiləsi, müştərək elmi tədqiqatların aparılması və təlimlərin təşkil olunmasıdır.

Qrant layihəsində Azərbaycanı BDU-nun Tətbiqi-Riyaziyyat Elmi-tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev (layihənin Azərbaycan üzrə kordinatoru), Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun elmi katibi, dosent Nərgiz Səfərova, Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov, Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun aparıcı elmi işçisi Nazilə Hacıyeva, Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun aparıcı elmi işçisi, dosent Qəmər Məmmədova və Mexanika-riyaziyyat fakültəsinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının əməkdaşı Aysel Ramazanova təmsil edirlər.

Layihə 1 aprel 2020-ci il tarixindən 31 mart 2024-cü ilədək davam edəcəkdir. Layihənin büdcəsi 883200 avro, maliyəşmə sxemi isə “Marie Skłodowska-Curie Research and Innovation Staff Exchange”dir (RISE).

 

Layihə haqqında ətraflı məlumat üçün linkə keçid edə bilərsiz:

https://cordis.europa.eu/project/id/873071

Sosial şəbəkələrdə paylaş:
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə