Təqvim
“Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi
04 iyul 2020 - 09:14

Daxili İşlər Nazirliyi Bakı şəhərində karantin postlarını yığışdırandan sonra avtomobil sahiblərinin müşahidə kameraları vasitəsilə cərimələnəcəyini açıqlayıb. Portalda qeydiyyatdan keçən və "SMS icazə" sistemi vasitəsilə icazə alan şəxslərin inteqrasiya olunmuş sistem vasitəsilə müəyyən olunacağı və cərimələnməyəcəyi bildirilib. Lakin Nazirlər Kabinetinin qərarına görə hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər xidməti vəsiqə əsasında hərəkət etdikləri üçün onların nə portalda qeydiyyatı var, nə də "SMS icazə" sistemindən istifadə edirlər. Həmçinin,  qanunvericilik karantinlə bağlı tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə video müşahidə kameraları vasitəsilə elektron protokol tərtib etməyə icazə vermir. 

 

CAN VƏTƏN xəbər verir ki, "Asan Xidmət"in rəhbəri Ülvi Mehdiyev mətbuata açıqlamasında bildirib ki, bu qaydanın tətbiqi yalnız qanunvericiliyə dəyişiklik edildikdən sonra mümkün olacaq:

 

"Avtomobillərin dövlət nömrə nişanının "SMS icazə" sisteminə daxil edilməsi vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq. Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapacaq. Birinci qanun icazə verməlidir ki, kamera vasitəsi cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənəcək”.

 

Ü. Mehdiyev qeyd edib ki, iyulun 5-dən vətəndaşlara SMS yazarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar: “Amma cərimə hələ tətbiq olunmayacaq. Bunun üçün qanunvericiliyə dəyişiklik olunmalı və qanun təsdiqlənməlidir”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə