Təqvim
INTERACT kino layihəsinin həyata keçirilməsinə başlanılacaq
13 iyun 2020 - 15:20

Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın (İTV) mətbuat dəstəyi ilə “Debüt” studiyası tərəfindən iyunun 16-dan etibarən uzunmüddətli INTERACT layihəsinin həyata keçirilməsinə başlanılacaq.

Görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev tərəfindən 1987-ci ildə təsis olunan və “Debüt” studiyası qısametrajlı və tammetrajlı debüt bədii filmlərin, beynəlxalq birgə layihələrin istehsalı, Azərbaycan kino sənətinin dünyada təbliği ilə yanaşı INTERACT tipli tədris proqramlarının həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərir.

Tədris laboratoriyası funksiyasını həyata keçirəcək INTERAC layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribüsiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.

Layihənin həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək INTERACT ONLINE adlı ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Bütün ustad dərsləri orijinal dildə (müvafiq olaraq ingiliscə və ya rusca) və Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunacaq.

INTERACT ONLINE-nin ilkin mühazirəçiləri aşağıdakılardır:

- Anna Qudkova - TNT “Premier” striminq platformasının kreativ prodüseri, redaktor, festival proqramlarının kuratoru, “Kinotavr” festivalında pitçinqlərin yaradıcısı və kuratoru. “Kultburo” tədris mərkəzinin proqram direktoru və həmtəsisçisi. Bir sıra Rusiya və beynəlxalq kino festivallarının münsiflər heyətinin üzvü, pitçinq üzrə mütəxəssis. Rusiyada ilk veb-layihələr pitçinqinin aparıcısı;

- Andrey Zvyagintsev – tanınmış rusiyalı ssenarist və rejissor, “Qayıdış”, “Yelena”, “Leviafan” və digər məşhur filmlərin müəllifi. Venesiya kino festivalında “Qızıl şir” (2013), Kann film festivalında “Ən yaxşı ssenariyə görə” mükafatın, xarici dildə ən yaxşı filmə görə “Qızıl qlobus” mükafatının və xarici dildə ən yaxşı filmə görə “Oskar” nominasiyasının (2015) sahibi. İndiyə qədər cəmi beş bədii film çəksə də, Andrey Zvyagintsev Rusiya və beynəlxalq kinematoqrafın ən nüfuzlu rejissorlarından biridir;

- Matyö Darras – 2017-ci ildə özünün təsis etdiyi “Pop Up Film Residency” kino-rezidensiyasının rəhbəri. Həmçinin “European Network NISI MASA” gənc kinematoqrafçıların Avropa şəbəkəsinin təsisçisi və rəhbəri (2002-2012), “TorinoFilmLab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və bədii rəhbəri (2008-2018) olub. “Positif” kino jurnalında məqalələri dərc olunub (1998-2016), “Cannes Critics’ Week” (2005-2011) və “San Sebastian Film Festival” (2010-cu ildən) kimi festivallarda festival proqramının tərtibatçısı olub. “First Cut Lab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və direktorudur.

Qeyd edək ki, INTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə forması və statusu COVID-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək.

INTERACT ONLINE-da müntəzəm iştirak gələcək mərhələlərə akkreditasiya almaq imkanı verir.

Layihə iştirakçılarının sayı məhduddur! Buna görə də proqrama qoşulmaq istəyənlərdən www.debutfilms.az/interact saytında onlayn-qeydiyyatdan keçmələri xahiş olunur. Akkreditasiyadan sonra iştirakçılar yuxarıda qeyd olunan ustad dərslərinə qoşulmaq üçün ZOOM platformasına keçid əldə edəcəklər.

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə