Təqvim
EU4Digital təşəbbüsünün internet səhifəsi Azərbaycan dilində istifadəyə verildi
08 noyabr 2019 - 14:03

AZpress.AZ xəbər verir ki, Aİ-nin rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstəyi: Şərq Tərəfdaşlığı regionunda rəqəmsal sahədə görülən işləri və nailiyyətləri işıqlandıranwww.eufordigital.euinternet səhifəsi artıq azərbaycan dilində də əlçatandır.

Bakı. 7 noyabr 2019-cu il.EU4Digital təşəbbüsünün internet səhifəsi istifadəyə verildi.www.eufordigital.eusəhifəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı regionunda rəqəmsal iqtisadiyyat və cəmiyyətə dəstəyi ilə bağlı məlumatlar, xəbərlər və resurslardan ibarət çoxdilli platformadır.

Rəqəmsal bazarların uyğunlaşdırılması Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynada vətəndaşlara gözəçarpan nəticələr təmin etmək məqsədilə Aİ-nin siyasətə dair əsas praktiki nəticələrindən biridir. Aİ-nin adı çəkilən sahəyə dəstəyi, bu sahədə prioritet fəaliyyətləri və proqramları bir araya gətirənEU4Digital təşəbbüsü vasitəsilə istiqamətləndirilir.

EU4Digital təşəbbüsünün internet səhifəsində əsas diqqət təşəbbüsün altı tematik sahəsi üzrə göstərilən dəstəyə ayrılıb. Onların hər biri müvafiq məlumatlar, xəbərlər, tədbirlər və uğur hekayələrindən bəhs edən səhifəyə malikdir:

  • Telekommunikasiya qaydaları şəbəkəsi: Aİ-nin dəstəyi ilə rouminq tariflərinin azalması, rəqabət qabiliyyətinin gücləndirilməsi və sərmayələrin cəlb olunmasına səbəb olacaq daha güclü qanunvericilik, eləcə də istehlakçıların hüquqlarının qorunması və yeni genişzolaqlı rabitə vasitəsilə vətəndaşların və müəssisələrin necə mənfəət əldə edəcəyini öyrənin.
  • Etimad və təhlükəsizlik şəbəkəsi: rəqəmsal iqtisadiyyat sahəsində etimad və təhlükəsizliyi inkişaf etdirməklə Aİ elektron əməliyyatları asanlaşdırır, onların daha təhlükəsiz, sürətli və ucuz olmasını təmin edir, o cümlədən telekommunikasiya, energetika, nəqliyyat və ya bankçılıq sahələrində vacib əhəmiyyət daşıyan rəqəmsal infrastrukturun dayanıqlığının artmasına töhfə verir.
  • Elektron ticarət şəbəkəsi: elektron ticarət və elektron logistika vasitəsilə ixrac prosedurlarının sadələşməsi, sərhəddə gecikmələrin azalması, əməliyyatların təhlükəsizliyinin artması, xərclərin azalması və rəqəmsal iqtisadiyyatın rəqabət qabiliyyətinin yaxşılaşması gözlənilir.
  • İKT-nin innovativ inkişafı şəbəkəsi: Aİ-nin İKT-nin innovativ inkişafı sahəsinə dəstəyi nəticəsində qabaqcıl elmi araşdırmaların və transsərhəd sərmayələrin təşviqi, o cümlədən sözügedən regionda fəaliyyət göstərən startapların Aİ bazarlarına çıxışı və istedadlı gənclər üçün yeni iş yerlərinin yaradılması gözlənilir.
  • Elektron səhiyyə şəbəkəsi: Elektron səhiyyə sisteminə dəstək pasientlərə, o cümlədən səhiyyə sistemlərinə və peşəkarlara mənfəət verməklə yanaşı, vətəndaşların daha sağlam olması, təmin edilən tibbi xidmətlərin səmərəliliyinin artırılması, sığortaçıların daha məsuliyyətli olması və normativ-hüquqi bazanın yaxşılaşdırılması ilə nəticələnəcək.
  • Elektron bacarıqlar şəbəkəsi: Aİ rəqəmsal bacarıqların inkişafına dəstək verməklə həmin bacarıqların yeni yaranan sahələrin tələblərinə uyğunlaşdırılmasına kömək edərək məşğulluğa, özəl sektorun inkişafına və iqtisadiyyatın dinamik inkişafına töhfə verir.

Tematik səhifələr ilə yanaşı, adı çəkilən internet səhifəsində yerləşdirilən məzmun ölkələr üzrə səhifələrə filtrlənir və yerli dillərdə, bundan sonra həm də azərbaycan dilində səhifələrdə yerləşdirilir.

Rəqəmsal sahədə siyasətə dair məlumatlar, xəbərlər, tədbirləruğur hekayələrindənəlavə, EU4Digital təşəbbüsünün internet səhifəsində hesabatlar, razılaşmalar, siyasət ilə bağlı sənədlər, tədris materialları, tədqiqatlar və məlumat bülletenləri toplanan kitabxana da mövcuddur. Materialları ölkə, mövzu və nəşrin növü üzrə axtarmaq mümkündür.

Rəqəmsal sahədə yeniliklər və Aİ-nin dəstəyi sayəsində Şərq Tərəfdaşlığı regionunda rəqəmsal cəmiyyətin və iqtisadiyyatın necə qurulduğuna dair yeniliklərdən xəbərdar olmaq üçün www.eufordigital.eu səhifəsini tablar siyahınıza əlavə edin.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
Əmək pensiyalarının hesablanması qaydası DƏYİŞDİ 12:56, 22 noyabr 2023
Əskik və artıq ödənilmiş pensiyalar necə əvəz ediləcək... 11:36, 22 noyabr 2023
Çingiz Abdullayev jurnalisti məhkəməyə verir 15:45, 21 noyabr 2023
Halayın Mirish Hüseynovla ATV - dəki çıxışı 15:50, 20 noyabr 2023
Masallıda yeni məktəb binası istifadəyə verilib 15:06, 15 noyabr 2023
"Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni 15:01, 12 noyabr 2023
Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi TƏSDİQLƏNDİ 11:15, 12 noyabr 2023
İran Prezidenti də Səudiyyə Ərəbistana getdi 00:57, 12 noyabr 2023
Gülağa Tənha: Nələr çəkdiyini dərd çəkən bilər...18:09, 11 noyabr 2023
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR 17:19, 11 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə