Çapa göndər
EU4Digital təşəbbüsünün internet səhifəsi Azərbaycan dilində istifadəyə verildi

08 noyabr 2019 - 14:03

AZpress.AZ xəbər verir ki, Aİ-nin rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstəyi: Şərq Tərəfdaşlığı regionunda rəqəmsal sahədə görülən işləri və nailiyyətləri işıqlandıranwww.eufordigital.euinternet səhifəsi artıq azərbaycan dilində də əlçatandır.

Bakı. 7 noyabr 2019-cu il.EU4Digital təşəbbüsünün internet səhifəsi istifadəyə verildi.www.eufordigital.eusəhifəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı regionunda rəqəmsal iqtisadiyyat və cəmiyyətə dəstəyi ilə bağlı məlumatlar, xəbərlər və resurslardan ibarət çoxdilli platformadır.

Rəqəmsal bazarların uyğunlaşdırılması Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynada vətəndaşlara gözəçarpan nəticələr təmin etmək məqsədilə Aİ-nin siyasətə dair əsas praktiki nəticələrindən biridir. Aİ-nin adı çəkilən sahəyə dəstəyi, bu sahədə prioritet fəaliyyətləri və proqramları bir araya gətirənEU4Digital təşəbbüsü vasitəsilə istiqamətləndirilir.

EU4Digital təşəbbüsünün internet səhifəsində əsas diqqət təşəbbüsün altı tematik sahəsi üzrə göstərilən dəstəyə ayrılıb. Onların hər biri müvafiq məlumatlar, xəbərlər, tədbirlər və uğur hekayələrindən bəhs edən səhifəyə malikdir:

Tematik səhifələr ilə yanaşı, adı çəkilən internet səhifəsində yerləşdirilən məzmun ölkələr üzrə səhifələrə filtrlənir və yerli dillərdə, bundan sonra həm də azərbaycan dilində səhifələrdə yerləşdirilir.

Rəqəmsal sahədə siyasətə dair məlumatlar, xəbərlər, tədbirləruğur hekayələrindənəlavə, EU4Digital təşəbbüsünün internet səhifəsində hesabatlar, razılaşmalar, siyasət ilə bağlı sənədlər, tədris materialları, tədqiqatlar və məlumat bülletenləri toplanan kitabxana da mövcuddur. Materialları ölkə, mövzu və nəşrin növü üzrə axtarmaq mümkündür.

Rəqəmsal sahədə yeniliklər və Aİ-nin dəstəyi sayəsində Şərq Tərəfdaşlığı regionunda rəqəmsal cəmiyyətin və iqtisadiyyatın necə qurulduğuna dair yeniliklərdən xəbərdar olmaq üçün www.eufordigital.eu səhifəsini tablar siyahınıza əlavə edin.