Təqvim
ADMİU-da Xalq artisti Cahangir Novruzovla görüş keçirilib (+FOTOLAR)
27 sentyabr 2019 - 15:35

Canveten.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış aktyor və rejissor Azərbaycan Respublikasının Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova aktyoru salamlayaraq, ona xoş arzularını çatdırıb. Rektor qeyd edib ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin bir çox məzunu Xalq artisti, Əməkdar artist, Əməkdar incəsənət xadimi, Əməkdar mədəniyyət işçisi və s. kimi ölkənin nüfuzlu fəxri adlarını daşıyırlar. Onların bir çoxu bu gün doğma təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğuldurlar. Biz bütün məzunlarımızın uğurları ilə qürur duyuruq. Vaxtilə bu universitetdə təhsil almış görkəmli sənətkarlardan biri də Cahangir Novruzovdur. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun, səhnəmizin qüdrətli aktrisası, hamının sevimlisi Nəsibə Zeynalovanın yadigarı olan Cahangir müəllimin həm rejissor, həm aktyor, həm də pedaqoq kimi zəngin fəaliyyət yolu var. Görkəmli sənətkarımız uzun illərdir, qardaş ölkə Türkiyədə yaşayır, orada yaradıcı və pedaqoji fəaliyyətini davam etdirir. Bu günlərdə Mədəniyyət naziri cənab Əbülfəs Qarayev Cahangir müəllimə "Xalq artisti" adının nişanını və vəsiqəsini təqdim edib və dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb. Biz də Bakıda olmasındanistifadə edərək, Cahangir müəllimlə görüşmək təşəbbüsü ilə çıxış etdik. Sağ olsun, dəyərli vaxtını Mədəniyyət və İncəsənət Universitetinə ayırmağa razı oldu. Düşünürəm ki, görkəmli sənətkarla görüş, onunla ünsiyyət tələbələrimiz üçün çox səmərəli olacaq.

Cahangir Novruzov təbrikə və bu görüşün təşkilinə görə ADMİU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu universitet həmişə onun üçün doğma olub.

Aktyor sənətə gəlişi, çəkildiyi filmlər, rol aldığı tamaşalar və yaratdığı obrazlar haqqında, Türkiyədəki fəaliyyəti, milli kino və teatr sənətinin hazırkı durumu və inkişaf perspektivləri barədə danışıb, tələbələrin suallarını cavablandırıb.

ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olan sənət dostları həmkarları ilə bağlı xatirələrini bölüşüb, dostluq münasibətlərindən söhbət açıblar.

2 saatdan artıq davam edən səmimi görüşün sonunda ADMİU-nun kollektivi  Cahangir  Novruzovla xatirə fotosu çəkdirib və sevimli aktyoru alqışlarla yola salıb.


 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə