Təqvim
Kənd yaşıl turizmin təbliği istiqamətində Quba və Xaçmaz rayonlarına İNFOTUR təşkil edilib (+FOTOLAR)
16 iyul 2019 - 23:02

Canveten.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi çərçivəsində 12 iyul 2019-cu il tarixindən başlayan təbliğat xarakterli 3 günlük İNFOTUR yekunlaşdı. İnfoturun birinci günü ölkəmizdə fəaliyyət göstərən KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər sosial-fəal 20 nəfərdən ibarət şəxslər layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə haqqında məlumatlandırılıb. Layihə rəhbəri layihənin kənd sakinlərinə sosial-iqtisadi cəhətdən faydalı olduğunu, onların maddi rifahlarının yaxşılaşmasına, həmçinin turistlərin istirahətinin səmərəli və keyfiyyətlə həyata keçirmək istəyən şəxslərin kənd turizmi xidmətlərinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. İştirakçılar fəaliyyətləri ilə bağlı məlumat verib, layihəni yüksək qiymətləndirib, kənd turizmi və bu istiqamətdə layihəyə verəcəkləri töhfələr haqqında fikirlərini bölüşüblər. Layihə rəhbəri infoturun proqramı ilə iştirakçıları tanış etdikdən sonra Quba rayonun Afurca kəndinə səfər edilərək oradakı kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüffatlarına baş çəkilib və onların kənd turizmi istiqamətində təcrübələrini öyrənib, həmin ailələrin həyat tərzi ilə maraqlanıb, kiçik təsərrüfatları ilə tanış olub, heyvan kəsimi, kartofun torpaqdan çıxarılması və təbii məhsullardan istifadə etməklə yeməyin hazırlanmasında iştirak ediblər. Proqrama uyğun olaraq Qubanın Təngaltı kəndində Vəlvələ çayının yaratdığı Kanyonlara səfər edilib, daha sonra isə 1946-cı ildə alman əsirləri tərəfindən salınan Qubanın ən qədim parkı Nizami adına parkı gəzən iştirakçılar XIX əsrə aid Qudyalçay üzərindəki qədim Tağlı körpüyə eniblər, dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədə olublar. Gün ərzində Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev və “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin Şimal regionu üzrə nümayəndəsi Elşən Məmmədov iştirakçılarla görüşüb. Görüşdə kənd yaşıl turizmi və onun mahiyyəti, kənd turizminin sosial-iqtisadi, mədəni təsirləri, kənd turizminin təbliğiatı istiqamətində əsas amillər haqqında fikir mübadiləsi aparılıb.

İnfoturun növbəti günündə iştirakçılar Xaçmaz rayonunun Ləcət kənd sakini təsərrüfatçı Amid Xanmetovun təsərrüfatı ilə tanış olublar. A.Xanmetov meyvələrin becərilmə və istehsal üsulları, oradakı şərait və imkanlar haqqında ətraflı məlumat verdikdən sonra infotur iştirakçıları meyvə yığımında iştirak edib və yığdıqları məhsullardan dadaraq, alış ediblər.

            İnfotur zamanı Xaçmaz Turizm İnformasiya Mərkəzində Xaçmaz rayonunun icra hakimiyyətinin əməkdaşı Araz Rzayev, mərkəzin rəhbəri Vasif Əhmədov, kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə-kəndli təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşün təşkil olunmasında məqsəd yerli əhali ilə infotur iştirakçıları arasında kənd yaşıl turizmi inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, kənd turizminin inkişafını şərtləndirən əsas amillər, kənd evlərində turistlərin qəbulu üçün tələb olunan standartların müzakirəsi və təbliğat işinin artırılması olmuşdur.

İştirakçılar həmçinin Xaçmaz rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzi, açıq səmada altında Şəxsiyyətlər Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Xaçmaz qülləsini ziyarət ediblər.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə