Təqvim
Akademik Musiqili Teatrın balet truppası Türkiyədə beynəlxalq festivalda iştirak edəcək (+FOTOLAR)
29 iyun 2019 - 14:03

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı daha bir Beynəlxalq tədbirə –Türkiyə Cümhuriyyətində təşkil olunacaq 25-ci Bayburt Dədə Qorqud Uluslararası Mədəniyyət və Sənət Festivalına dəvət alıb.

Hər il bir çox dünya ölkələrinin, xüsusilə də türkdilli dövlətlərin tanınmış və məşhur incəsənət xadimlərinin qatıldığı bu şənlik 2019-cu il 22-28 iyul tarixlərində Türkiyənin qədim Bayburt şəhərində baş tutacaq. İnanclara görə burada hətta ulu Dədə Qorqudun məzarı da var.

 “1995-ci ildən əsası qoyulan bu mötəbər tədbir o vaxtdan bəri hər il böyük bayram şənliyi kimi qeyd olunur. Teatrımızın balet truppasının artıq 2-ci dəfə bu festivala dəvət olunması bizdə böyük sevinc hissi doğurur. Bundan əvvəl onlar 2008-ci ildə ölkəmizi uğurla təmsil ediblər… Dədə Qorqudun bütün dünyada daha geniş miqyasda tanıdılması, türk mədəniyyətinin təbliği, xalqlar arasında sülhün və qardaşlığın möhkəmlənməsi və inkişafı məqsədilə təşkil olunan bu festival çox rəgarəng və zəngin proqrama malikdir. Festival çərçivəsində müxtəlif tədbirlər – sərgilər, məşhur dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri keçiriləcək. Tədbir iştirakçıları Dədə Qorqudun Masat kəndindəki məzarını da ziyarət edəcəklər. Bu festival tariximizi, mədəniyyətimizi öyrənmək baxımından gənclər üçün çox maraqlı və əhəmiyyətlidir. İnanıram ki, 25-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalında ölkəmizi layiqincə təmsil edəcəyik”, – deyə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev bildirib.      

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RƏSSAMLIQ
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə