Təqvim
109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr (+FOTOLAR)
28 may 2019 - 11:55

109 il bundan öncə  - 24 may 1910-cu ildə Üzeyir Hacıbəylinin ölməz səhnə əsəri - “Ər və arvad” musiqili komediyası ilə şərqdə ilk operetta janrı təşəkkül tapdı və Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan həmin tamaşa  ölkəmizdə Musiqili Teatrın gələcək inkişafına zəmin yaratdı.

         May ayının 26-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrınında oynanılacaq “Ər və arvad” tamaşasının növbəti nümayişi də bu əlamətdar günə həsr olunub.

         Bir əsrdən çox müddətdə repertuardan düşməyən, tamaşaçılar tərəfindən böyük sevgi və maraqla qarşılanan bu səhnə əsəri nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda da daim uğurla nümayiş olunur, çox böyük maraq və coşquyla qarşılanır.

          16 oktyabr 2010-cu ildə son quruluşda təqdim olunan tamaşanın rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır. Rollarda Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Ağaxan Şərifov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edirlər.

Teatr həftəsonunu əyləncəli keçirmək istəyən hər kəsi əsrlərə meydan oxuyan, heç vaxt aktullığını itirməyən və hamıya xoş ovqat bəxş edən böyük Üzeyir bəyin musiqisinə, “Ər və arvad” tamaşasına baxmağa dəvət edir.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RƏSSAMLIQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə