Təqvim
Respublikanın xalq artisti Tariel Qasımovun 80 illik yubileyi qeyd olunub (+FOTOLAR)
25 may 2019 - 13:58

23 may 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktyoru, Respublikanın xalq artisti, Fərdi Prezident Təqaüdçüsü,III dərəcəli Əmək Ordenli Tariel Qasımovun 80 illik yubileyi qeyd olunub.

23 may 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq artisti, Fərdi Prezident Təqaüdçüsü,III dərəcəli Əmək Ordenli Tariel Qasımovun 80 illik yubileyi qeyd olunub. Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində rayon ziyalıları, mədəniyyət işçiləri, o cümlədən paytaxtdan gəlmiş Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları iştirak ediblər.Yubiley tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummili Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib. 
Yubiley proqramı Tariel Qasımovun həyat və fəaliyəti haqqında qısametrajlı filmin nümayişi ilə başlayıb. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov, H.Arif adına əbədi birliyin rəhbəri şair Saqif Qaratorpaq çıxış edərək, Tariel Qasımovun keçdiyi şərəfli və mənalı ömür yolundan söz açmışlar. Qeyd olunmuşdur ki, ağstafalılar öz dəyərli eloğlusu ilə fəxr edir və bu gün Tariel Qasımovun 80 illik yubileyini öz doğulduğu yurdda qeyd etməsinin də xüsusi önəmi, xüsusi gözəlliyi vardır.
Tədbirdə həmçinin, Ağstafa rayon Uşaq Musiqi Məktəbinin ansamblının və müxtəlif ifaçıların ifasında Tariel Qasımovun sevdiyi mahnılar səsləndirilib, Dövlət Gənc Tamaşaçılar Teatrı və Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında maraqlı səhnəciklər nümayiş olunub.
Həmçinin Tariel Qasımov tamaşaçıların müxtəlif suallarını cavablandırıb. Xalq artisti ona göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə təşəkkür edib. Tədbirin sonunda mədəniyyət işçiləri xalq artisti ilə xatirə şəkilləri çəkdirib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RƏSSAMLIQ
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə