Təqvim
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB (+FOTOLAR)
10 mart 2019 - 22:00

Canveten.az xəbər verir ki,  martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Bildirib ki, iclas çoxəsrlik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Səməd Vurğunun fəaliyyətinə həsr olunub. AMEA rəhbəri böyük şairin unudulmaz alim, vətənpərvər insan olduğunu, xatirəsinin həmişə könüllərdə əbədi qalacağını diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan ədəbiyyatında dramaturq kimi şöhrət qazanan Səməd Vurğun zəngin fəaliyyəti ilə, gözəl xatirələrlə yada salınır. Alim Səməd Vurğunun bahar şairi olduğunu və xalq şairi kimi bütün ömrünü insanlığa, vətənpərvərliyə həsr etdiyini diqqətə çatdırıb.

Sonra Humanitar Elmləri Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə ilə çıxış edib.­ Akademik bildirib ki, milli ədəbi düşüncəmizin məntiqi davamı kimi təzahür edən, öz mənşəyini bilavasitə folklor təfəkkürünün etnik-mədəni potensiyalın­dan götürən, dərin lirizmi və ümumbəşəri dəyərlər sistemi ilə səciyyələnən Səməd Vurğun poeziyasında ən aparıcı ideoloji tendensiyalardan biri azərbaycançılıq məfkurəsi olub. Alim sovet dövründə Səməd Vurğunun azərbaycançılıq məfkurəsinin yalnız milli-mənəvi deyil, eyni zamanda funksional olaraq milli dövlətçilik təfəkkürünün qorunması baxımından da olduqca müstəsna əhəmiyyətə malik olduğunu deyib.

Akademik T.Kərimli ümummilli lider Heydər Əliyevin şairin 90 illik yubileyində Səməd Vurğunun şeirlərinin Azərbaycan dilini zənginləşdirdiyini və inkişaf etdirdiyini söylədiyini xatırladaraq bildirib ki, Ulu öndər dahi ədibin yaradıclığına yüksək dəyər verib.

Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şairin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncamını xatırladan natiq bildirib ki, bu sənəd ölkə başçısının ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğının növbəti göstəricisidir.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb, müvafiq qərar qəbul edilib.

Daha sonra iclasda Rəyasət Heyəti ölkə iqtisadiyyatının və insan kapitalının davamlı inkişafında AMEA-nın iştirakının daha da genişləndirilməsi, Strateji yol xəritələrində verilmiş tapşırıqların icrasının tam həcmdə təmin olunması məqsədilə "AMEA-nın 2019-2020-ci illər üçün Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə Strateji yol xəritələrində qoyulmuş  vəzifələrin icrası üzrə Tədbirlər planı"nı təsdiq edib.

İclasda həmçinin akademik Həmid Araslının 110 illik, akademik Asəf Nadirovun 90 illik yubileylərinin keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin 29 iyun 2018-ci il tarixli 11/4 nömrəli qərarına dəyişiklik edilməsi, AMEA-nın Lənkəran Elmi Mərkəzində  İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar və Fəlsəfə institutlarının strukturlarında qismən dəyişiklik edilməsi haqqında da qərarlar verilib.

Sonda kadr məsələsinə baxılıb. Akademik Ramiz Məmmədov AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə