Təqvim
Mərkəzi Elmi Kitabxana “Bir müəllifin izi ilə” layihəsinin ilk təqdimatını keçirib (+FOTOLAR)
24 fevral 2019 - 03:47

Canveten.az xəbər verir ki,  AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın tanınmış şəxsiyyətlərinə həsr olunan “Bir müəllifin izi ilə” layihəsinin təqdimatına start verib. Bu məqsədlə keçirlən ilk tədbir Azərbaycanın görkəmli geoloq alimi, Dövlət Mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı, AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həsr olunub.

Tədbirdə bildirilib ki, akademik Akif Əlizadə haqqında və onun elmi əsərlərindən ibarət kolleksiya oxucuların istifadəsinə verilib. Kolleksiyaya görkəmli alimə aid, MEK-in Milli Rəqəmsal Yaddaş bazasında mühafizə olunan 70-dən çox sənəd daxildir. Bu sırada akademikin müəllifi olduğuiki cildlik“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: elmi biblioqrafik göstərici”, “Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində”, “Qədim dənizlərin temperaturu” əsərləri, alim haqqında yazılmış “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Акиф Ага Мехти оглы Али-заде: Библиография” kitablarını qeyd etmək olar. Azərbaycan elmi irsinin sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin müəyyən olunmuş hədəflərin icrası üçün MEK tərəfindən Milli Rəqəmsal Yaddaş bazasının, Vahid İdarəetmə Sisteminin formalaşdırıldığı, eləcə də Vikipediyada ölkəmizə aid məlumatların mütəmadi yeniləndiyi nəzərə çatdırılıb. MEK-in Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən akademik Akif Əlizadənin yubileyi münasibətilə Vikipediyayaalim haqqında əlavə olunmuş məlumatlar, tərcümələr və redaktələr barədə məlumat verilib. Bildirilib ki, müəllif haqqında Azərbaycan və rus dillərində mövcud olan məlumatlar redaktə edilib, ingilis dilində yeni məqalə yaradılıb.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin, AMEA Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun, Geologiya və Geofizika, Fiziologiya institutlarının, Nizami adına Ədəbiyyat Muzeyinin və başqa təşkilatların əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə kitabxana informasiya resurslarının müxtəlif sahələrdə tətbiqi, informasiyanın kontent təhlükəsizliyi, milli yaddaş, sərbəst ensiklopedik resurslarda Azərbaycan tarixi və mədəniyyəti və başqa mövzular müzakirə edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə